Kubarsidən azarkeşlərə qeyri-etik jest
"Barselona"nın müdafiəçisi Pau Kubarsi İspaniya Superkubokunun "Real"la oyunundan sonra etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.
Sportlife.az xəbər verir ki, futbolçu final fitindən sonra yan xəttə doğru gedərək rəqib komandanın azarkeşlərinə təhqiramiz jest edib.
Qeyd edək ki, "Real"ı 3:2 hesabı ilə məğlub edən "Barselona" titulunu qoruyub və klub tarixində 16-cı dəfə Superkuboku qazanıb.