Ayxan Abbasov Dadaşovla görüşdü

  • Bu gün, 17:31

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov və komandanın direktoru İlqar Qurbanov yığmanın futbolçusu Renat Dadaşovla görüşüblər.

Sportlife.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Görüş Türkiyənin Antalya şəhərində baş tutub. R.Dadaşovun çıxış etdiyi Polşanın "Motor" klubu sözügedən ölkədə təlim-məşq toplanışındadır.

Ayxan Abbasov və İlqar Qurbanov hücumçunun hazırkı durumu ilə maraqlanıb və mövsümün ikinci yarısında ona uğurlar arzulayıblar.


Paylaş: