Millimizin üzvləri Türkiyədə çempion oldu

  • Bu gün, 16:13

Miniftubol üzrə Azərbaycan millisinin üzvləri Təmkin Xəlilzadə və Xətai Bağırov Türkiyədə keçirilən “Golazo Cup” turnirində çempion olublar. 

Sportlife.az xəbər verir ki, millimizin üzvlərinin formasını geyindiyi "Fenomeno Armada" həlledici görüşdə "Likapa"ya 7:2 hesabı ilə qalib gəlib.

Xətai Bağırov turnirin bombardiri olub. Bununla yanaşı, millimizin üzvü turnirin ən yaxşı futbolçusu adına layiq görülüb. 


Paylaş: