"Sabah"dan "Karvan-Yevlax"a

  • Bu gün, 16:50

"Karvan-Yevlax" müqavilə ilə "Sabah"a məxsus olan yarımmüdafiəçi Rauf Rüstəmlini heyətinə qatıb.

Sportlife.az xəbər verir ki, Yevlax təmsilçisi 22 yaşlı futbolçunu mövsümün sonunadək icarəyə götürüb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan Rauf Rüstəmli karyerası boyunca "Sabah", "Şamaxı" və "Sumqayıt" klublarında forma geyinib. Yarımmüdafiəçi U-17, U-19, U-21 və əsas milli komandalarımızın da şərəfini qoruyub.


Paylaş: