"Neftçi" istəyirdi, Vyetnam klubuna keçdi

  • Dünən, 13:06

"Neftçi" ilə danışıq aparan futbolçu Arnaud Lusambanın yeni klubu müəyyənləşib.

Sportlife.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Vyetnamda davam etdirəcək.

O, "Thep Xanh Nam Dinh" komandası ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Arnaud Lusamba transfer dəyəri 1 milyon avrodur. Son olaraq Birləşmiş Ərəb Əmirliklərində "Baniyas"ın formasını geyinən futbolçu 2022-2024-cü illərdə Türkiyədə "Alanyaspor" və "Pendikspor"da çıxış edib.


Paylaş: