Konfrans Liqasının finalı Qazaxıstanda?
Qazaxıstan 2028 və 2029-cu illərdə UEFA Konfrans Liqasının finalına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb.
Sportlife.az xəbər verir ki, Qazaxıstan avrokubok matçını Almatı və ya Astanadakı stadionda keçirməyi planlaşdırır.
Final oyunu üçün Fransa (Lill stadionu), Macarıstan (Budapeşt stadionu), İtaliya (Turin stadionu), Polşa (Qdansk stadionu) və Finlandiya (Helsinki stadionu) da iddialıdır.
Son təkliflərin 2026-cı ilin iyun ayında təsdiqlənməsi gözlənilir. Ev sahibi ölkə UEFA İcraiyyə Komitəsi tərəfindən 2026-cı ilin sentyabr ayında müəyyən ediləcək.