Kubok qazanan Kloppdan ilk açıqlama: "Tam dəlilikdir"

  • Dünən, 09:36

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandasının İngiltərə Liqa Kubokunda qazandığı qələbəni şərh edib.

Sportlife.az xəbər verir ki, turnirin finalında “qırmızılar” “Çelsi”yə 1:0 hesabı ilə qalib gəliblər. Həlledici qolu 118-ci dəqiqədə mersisaydlıların müdafiəçisi Vircil van Deyk vurub.

“Burada baş verənlər tam dəlilikdir, belə şeylər mümkün deyil. Komanda xarakter nümayiş etdirdi. Bunun bir parçası olmaqdan çox qürur duyuram. Dəlilik odur ki, biz buna layiqik. Bəzi məqamlarda bəxtimiz gətirsə də, bəzi məqamlarda rəqibin bəxti gətirdi. Uşaqlar özlərini göstərdilər, çox gözəl idi. Əminəm ki, biz bütün gəncləri cəlb etdik! Bizə təzə oyunçular lazım idi və onlar işi gördülər”, - BBC Kloppun sözlərindən sitat gətirib.

“Liverpul” tarixində onuncu dəfə İngiltərə Liqa Kubokunu qazanıb.


Paylaş: