"Lion" özünə gəlir: Ardıcıl 3-cü dəfə...

  • 11 Fevral 2024, 22:00

Fransa Liqasının 21-ci turunun matçında "Lion" səfərdə "Monpelye"ni 2:1 hesabı ilə məğlub edib.

Sportlife.az xəbər verir ki, qonaqlar Aleksandr Lyakazet (74-cü dəqiqə) və Maksens Kakeretin (82-ci dəqiqə) qolları sayəsində qələbə qazanıblar.

Meydan sahiblərinin yeganə qolunu 23-cü dəqiqədə hesabı açan Arno Norden vurub.

"Lion" (22 xal) ardıcıl üçüncü qələbəsini qazanaraq Liqa 1-də 13-cü pilləyə yüksəlib. "Monpelye" (19 xal) turnir cədvəlində 15-ci yerdədir.


Paylaş: