"Liverpul" bu yay Nunezlə bağlı böyük bir qərar verməli olacaq"

  • 25 Aprel 2024, 13:54

"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karraqer Premyer Liqanın 29-cu turunun "Everton"la oyunundan (0:2) sonra mersisaydlıların hücumçusu Darvin Nunezin çıxışı haqqında fikirlərini bildirib.

Sportlife.az xəbər verir ki, Karraqer bu barədə "Liverpool Echo"ya danışıb.

“O, çox şeyi yaxşı oynayır, rəqibə problem yaradır və gözlənilmədən qollar vurur. Amma komandaya səfərdə “Mançester Yunayted” və “Everton”a qol vura biləcək adam lazımdır. Səhv üçün vaxt yoxdur. "Liverpul" bu yay Nunezlə bağlı böyük bir qərar verməli olacaq" - deyə Karraqer bildirib.


Paylaş: