Madrid klubu yeni müqaviləyə hazırlaşır

  • 26 Aprel 2024, 12:47

"Atletiko Madrid"in yarımmüdafiəçisi Aksel Vitsel Madrid klubunda qala bilər.

Sportlife.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb.

"Atletiko" 35 yaşlı belçikalı ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq istəyir.

Bu mövsüm Vitsel 46 oyun keçirib, 2 qol vurub və 4 sarı vərəqə alıb.


Paylaş: