Mbappe - 48
Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" ilə cavab oyunu PSJ-nin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub.
Sportlife.az xəbər verir ki, o, bu görüşdə dubl edib. Nəticədə 25 yaşlı forvard karyerası ərzində avrokuboklarda vurduğu qolların sayını 48-ə yüksəldib. Mbappe bu göstəricidə Zlatan İbrahimoviç və Andrey Şevçenkoya çatıb.