
Məşhur futbolçunun evi qarət olundu
"Lion"un hücumçusu Aleksandr Lyakazett xoşagəlməz hadisə ilə üzləşib.
Sportlife.az xəbər verir ki, futbolçunun evi oyun vaxtı qarət edilib.
Liqa 1-in sonuncu - XXXIV turunun "Anje" ilə matçı zamanı forvardın evinə naməlum şəxslər daxil olaraq, oradan külli miqdarda oğurluq ediblər.
Seyfi açan cinayətkarlar pul, qızıl-zinət əşyaları və bahalı dəri məmulatlarını götürüblər.
Qeyd edək ki, Lyakazett "Anje" ilə matçda dubl edib.