Messi Laportaya qarşı

  • 31 Oktyabr 2025, 14:38

Lionel Messi 2026-cı ildə "Barselona"da keçiriləcək prezident seçkilərində fəal iştirak etmək qərarına gəlib.

Sportlife.az xəbər verir ki, argentinalı futbolçunun məqsədi başqa bir namizədin hazırkı klub prezidenti Joan Laportanı vəzifəsindən kənarlaşdırmasına kömək etməkdir.

Messinin real qələbə şansı olmadığı təqdirdə heç bir namizədi dəstəkləmək istəmədiyi bildirilir. Leonun bu mövqeyinin əsas səbəbi Laportaya qarşı davam edən narazılığıdır. Messi hesab edir ki, prezident 2021-ci ilin yayında müqaviləsini uzatmaq vədi verərkən, son anda təklifi geri götürərkən onu aldadıb.


Paylaş: