Messi mukafat kolleksiyasini genislendirir, Barcelona...

Messi mükafat kolleksiyasını genişləndirir

  • 25 Noyabr 2017, 12:00

"Barselona"nın argentinalı ulduzu Lionel Messi mükafat kolleksiyasını biraz da genişləndirib. Sportlife.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasında dördüncü dəfə "qızıl butsi"ni qazanıb.
 
Messi 2016/17-ci il mövsümündəki performansına görə bu mükafata layiq görülüb. Mükafatlandırma mərasimi Barselona şəhərində keçirilib. Mükafatı Messiyə "qızıl butsi"ni ötən mövsüm qazanmış komanda yoldaşı Luiz Suares təqdim edib. Messi çıxışında bu mükafatı komanda yoldaşlarının köməyi ilə qazandığını, futbolçu olmağın zövqünü hər gün yaşamağa çalışdığını deyib.
 
Xatırladaq ki, Lionel Messi daha əvvəl 2009-2010 (34 qol), 2011-2012 (50 qol) və 2012-2013 (46 qol) mövsümlərində "qızıl butsi" mükafatına layiq görülüb.

Paylaş: