
MS sağ cinaha müdafiəçi axtarır
"Mançester Siti" "Flamenqo"nun müdafiəçisi Uesli ilə maraqlanır.
Sportlife.az xəbər verir ki, ingilis klubu yay transfer pəncərəsində müdafiənin sağ cinahı üçün oyunçu axtarır. 21 yaşlı braziliyalı bütün kriteriyalara uyğundur.
Ueslinin xidmətində "Roma" da maraqlıdır və "canavarlar" "Flamenqo" ilə danışıqları sürətləndirməyə çalışır.