"Roma"nın hücumçusu İstanbul klubunda

  • Bu gün, 10:52

"Başakşehər" klubu "Roma"nın hücumçusu Eldor Şomurodovu heyətinə qatmaq niyyətindədir.

Sportlife.az xəbər verir ki, özbəkistanlı forvardın transferi ilə bağlı danışıqlar davam edir. 29 yaşlı futbolçu Türkiyə klubuna keçməyə razılıq verib.

Şomurodov ötən mövsüm 37 matçda 7 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun "Roma" ilə 2026-cı ilin yayınadək müqaviləsi var.


Paylaş: