
Santuş Jotanın ölümünə biganə qalmadı
Azərbaycan millisinin portuqaliyalı baş məşqçisi Fernandu Santuş İngiltərənin "Liverpul" klubunun futbolçusu Dioqu Jotanın ölümünə münasibət bildirib.
Sportlife.az xəbər verir ki, 70 yaşlı mütəxəssis bu barədə "A Bola" nəşrinə açıqlama verib.
O, həmyerlisini əla insan adlandırıb: "Onun üçün çox dua edə bilərəm. Belə vaxtlarda futbolçu haqqında danışmaq çətindir. O, mən baş məşqçi olanda - 22 yaşında yığmada debüt edib. Dünyanın ən yaxşı oyunçusu Kriştianu Ronaldunun kölgəsində qaldı, amma həmişə öz yerini tapdı. Milli komandada oynamağa can atırdı. Zədəyə görə Qətərdəki dünya çempionatına gedə bilməmişdi. Hazırda mənim düşünəcəyim yeganə şey onun ailəsi, həyat yoldaşı və geridə qoyduğu üç övladıdır".
Qeyd edək ki, D iequ Jota Portuqaliya millisi ilə 2 dəfə Millətlər Liqasının qalibi olub. O, həmçinin "Liverpul"la İngiltərə çempionluğunu qazanıb. Hücumçu avtomobil qəzasında həyatını itirib.