
Poqbaya "Monako"nu kim məsləhət görüb?
"Monako" ilə müqavilə imzalayan Pol Poqba Fransa təmsilçisinə keçidini bu komandanın sabiq üzvü, hazırda "Real"ın şərəfini qoruyan Kilian Mbappe ilə müzakirə edib.
Sportlife.az xəbər verir ki, fransalı futbolçu qərar verməmişdən əvvəl yığmadakı keçmiş komanda yoldaşından məsləhət aldığını gizlətməyib:
"Əlbəttə ki, mən Kilian, həmçinin "Monako"da oynamış Benjamin Mendi və Kondoqbia ilə danışdım. Onlar mənə klubun böyük, buradakı insanların əla olduğunu, Monakoda həyatın gözəl keçdiyini söylədilər".
Qeyd edək ki, Poqba "Monako" ilə 2 illik müqavilə imzalayıb. Ulduz futbolçu 2023-cü ilin sentyabrından bəri oynamır. 2024-cü ilin fevralında futbolçu antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.