"Yuventus" gənc ulduzu istəyir

  • Bu gün, 10:30

"Yuventus" "Real"ın hücumçusu Endriki icarəyə götürmək istəyir.

Sportlife.az xəbər verir ki, 18 yaşlı braziliyalı ilə "Milan", "Napoli" və "Komo" klubları da maraqlanır. Endrikin 2025/26 mövsümündə çox oyun keçirməsi gözlənilmir, ona görə də onun başqa kluba icarəyə verilmə ehtimalı yüksəkdir.

"Sambaçı" 2024-cü ilin iyulunda "Real"a keçib. Ötən mövsüm 37 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun klubla 2030-cu ilə qədər müqaviləsi var. Transfer dəyəri 35 milyon avrodur.


Paylaş: