Musiala hazırda dünyanın ən yaxşı futbolçularının adını açıqlayıb

  • 26 Aprel 2024, 15:36

"Bavariya"nın yarımmüdafiəçisi Camal Musiala hazırda dünyanın ən yaxşı futbolçusunu kim hesab edir sualını cavablandırıb.

Sportlife.az xəbər verir ki, gənc futbolçu bu barədə "Bayern&Germany"yə danışıb.

“Kilian Mbappe, Harry Keyn, Cud Bellinqem kimi futbolçular fenomenal mövsüm keçirirlər. Bir çox oyunçu inanılmaz nəticələr göstərir, belə rəqabəti görmək çox xoşdur. Hal-hazırda qeyd-şərtsiz ən yaxşı olan bir nəfərin adını çəkə bilməzsiniz" deyə Musiala bildirib.


Paylaş: