"Napoli"də yeni hücumçu
"Milan"hücumçusu Noa Okafor mövsümün ikinci hissəsini "Napoli"də keçirəcək.
Sortlife.az xəbər verir ki, Neapol təmsilçisi isveçrəli futbolçunu icarəyə götürüb.
“Napoli” bu keçid üçün Milan klubuna 1,5 milyon avro ödəyib.
Okafor bu mövsüm "Milan"ın heyətində bütün turnirlərdə 17 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.