
"Napoli"ən növbəti cəhd
"Liverpul"un hücumçusu Darvin Nunyes bu yay "Napoli"nin futbolçusu ola bilər.
Sportlife.az xəbər verir ki, neapollular növbəti dəfə uruqvaylının nümayəndələri ilə danışıqlar aparacaq. Hələlik ilk cəhdlər uğursuz alınıb.
Səudiyyə Ərəbistanının bir neçə klubunun da futbolçu ilə maraqlandığı qeyd edilir.
Qeyd edək ki, "Liverpul" Nunyes üçün ən azı 70 milyon avro tələb edir.