
Onana "Mançester Yunayted"i tərk edir?
"Nyukasl"la oyunu buraxan "Mançester Yunayted"in qapıçısı Andre Onana komandasının son məşqinə tək gəlməyib.
Sportlife.az xəbər verir ki, qolkiperi bu yaxınlarda müştərisi olduğu "Lian Sports" agentliyinin nümayəndəsi müşayiət edib.
Onananın hansı səbəbdən bu addımı atdığı bilinmir. Onun komandadan ayrılacağı da istisna edilmir.
Qeyd edək ki, qapıçı UEFA Avropa Ligasının 1/4 final mərhələsinin "Lion"la ilk matçında (2:2) kobud səhvlərə yol verib.