Paytaxt klubu ilə bağlı rüşvət iddiası

  • 25 Aprel 2024, 12:54

Fransanın "Oser" klubunun keçmiş baş məşqçisi Qu Ru Moskvanın ÇSKA klubunu 2004/05 mövsümündə UEFA kubokunun 1/4 finalında hakimlərə rüşvət verməkdə ittiham edib.

Sportlife.az xəbər verir ki, o, izah etdiyi hadisənin həbsə səbəb ola biləcəyini bildirib.

Moskvada keçirilən ilk görüş ordu komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Oserdə ÇSKA 0:2 hesabı ilə məğlub olub. Cavab oyununu Volfqanq Starkın rəhbərlik etdiyi alman hakimlər briqadası idarə edib.

“İlk oyundan sonra mən şübhələndim və yerli bir oğlandan xahiş etdim ki, oyun zamanı gedib hakimlərin çantalarında axtarış aparsın. O, solğun üzü ilə yanıma qayıtdı və dedi: “Yaqutlu möhtəşəm saat var”, - "Le Figaro" 85 yaşlı Qu Rudan sitat gətirib.

O əlavə edib ki, qalmaqalın təşəbbüskarı olmaq istəməyib, ona görə də bu barədə məlumat verməyib. Qu Ru özünü günahkar hiss etdiyini etiraf etdib.

“ Mən səhv etdim. Heç nə demədim. Mən isə saatı oğurlamadığım üçün daha da axmaq idim”, - deyə keçmiş məşqçi əlavə edib.


Paylaş: