Poqbanın bu etirafı Mançester Yunaytedlilərin xoşuna gəlməyəcək
"Mançester Yunayted"in fransız ulduzu Pol Poqba maraqlı etirafı ilə diqqət çəkib. Sportlife.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi "Arsenal" azarkeşi olduğunu deyib.
"Qırmızı şeytanlar"ın yetirməsi olsa da və hazırda "Mançester Yunayted" forması geyinsə də görünür gənc futbolçunun kölnündə hər zaman "topçular" olub. "Football Focus"a danışan Poqba "Arsenal"dan heyranlıqla bəhs edib:
"Fransada onlar çox böyük bir klub idilər. Bir çox fransız futbolçuları var idi. Tyerri Anriyə heyranlıq duyurdum. "Arsenal"ın fanatik olmayan kiçik bir azarkeşi idim. Bir çox matçını seyr edərdim. Hər zaman möhtəşəm bir komanda oldular".