Premyer Liqa klubu baş məşqçisi ilə müqavilə uzatmaq istəyir
"Kristal Pelas" baş məşqçisi Oliver Qlasnerlə yeni müqavilə imzalamaq istəyir.
Sportlife.az xəbər verir ki, Premyer Liqa klubu avstriyalı mütəxəssislə uzunmüddətli sözləşmə imzalamağı düşünür. Onun hazırki müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Qlasner bu ilin fevralından "Kristal Pelas"da çalışır. O, bu yay "Bavariya"nın baş məşqçilik təklifini qəbul etməmişdi.