Premyer Liqa klubu baş məşqçisi ilə yolları ayıra bilər
"Vulverhempton" baş məşqçisi Qari O'Nillə yolları ayıra bilər.
Sportlife.az "Telegraph" nəşrinə istinadən xəbər verir ki, komanda bu həftəsonu "Sauthempton"u məğlub edə bilməsə, 41 yaşlı mütəxəssislə vidalaşacaq.
O'Nil ötən ilin avqustundan klubda çalışır. "Vulverhempton" hazırda Premyer Liqada 10 turdan sonra 3 xalla sonuncu yeri tutur.