Qvardiola "Liverpul"un çempionluq yarışından kənarda qaldığını düşünmür

  • 26 Aprel 2024, 14:14

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola çempionluq uğrunda mübarizədə yalnız komandasının və “Arsenal”ın qalacağına inanmır.

Sportlife.az xəbər verir ki, təcrübəli mütəxəssis BBC-yə açıqlamasında “Bu , səhvdir. "Liverpul"un başına gələnlər "Arsenal"ın da başına gələ bilər, bizim də. Əsas odur ki, biz hələ də yarışdayıq. Qarşıda hələ çox matç var” deyib.

Hazırda Premyer Liqanın turnir cədvəlinə 77 xalla "Arsenal" başçılıq edir. İkinci yerdə “Mançester Siti” (76) qərarlaşıb. “Liverpul” (74) üçüncüdür.


Paylaş: