"Roma"dan "İnter"ə

  • Dünən, 15:07

"İnter" "Roma"dan icarəyə götürdüyü Nikola Zalevskini birdəfəlik transfer edib.

Sportlife.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqavilə imzalanıb.

Polşalı oyunçu ilə sözləşmənin detalları açıqlanmayıb.

Zalevski 2025-ci il fevralın 1-də "İnter"ə icarəyə verilmişdi. Ötən mövsüm milanlıların heyətində 17 oyun keçirib.


Paylaş: