"Borussiya" yeni qapıçı aldı

  • 24 İyun 2025, 18:09

Dortmund "Borussiya"sı "Bohum"un qapıçısı Patrik Drevesi heyətinə qatıb.

Sportlife.az xəbər verir ki,  qolkiperlə müqavilə 2027-ci ilə qədər nəzərdə tutulub.

32 yaşlı oyunçu Qreqor Kobel və Aleksandr Mayerdən sonra komandanın üçüncü qapıçısı olacaq.

Dreves ötən mövsüm 22 matçın ikisində qapısını toxunulmaz saxlayıb.


Paylaş: