
Mbappedən "Real"a pis xəbər
"Real"ın hücumçusu Kilian Mbappe klublararası dünya çempionatının qrup mərhələsində "Zalsburq"a qarşı oyunu buraxa bilər.
Sportlife.az xəbər verir ki, 26 yaşlı forvard hələ də qastroenteritdən əziyyət çəkir.
Fransalı futbolçu qrup mərhələsinin “Əl-Hilal” (1:1) və “Paçuka” (3:1) ilə ilk iki matçını buraxıb. "Zalsburq"la görüş isə iyunun 28-də keçiriləcək.
Qeyd edək ki, Mbappe iyunun 19-da bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib. Ona kəskin qastroenterit diaqnozu qoyulub. Həmin gün o, Mayami xəstəxanasından evə buraxılıb.