Okan Buruk ulduz futbolçunu istəyir

  • Dünən, 17:56

"Qalatasaray" "Tottenhem"in hücumçusu Rişarlisonu transfer etmək istəyir.

Sportlife.az xəbər verir ki, komandanın baş məşqçisi Okan Buruk uzun müddətdir futbolçunu yaxından izləyir.

Londonlular braziliyalını satmağa və ya icarəyə verməyə hazırdır. Klub onun çıxışından və tez-tez zədələnməsindən narazıdır.

Rişarlison ötən mövsüm "Tottenhem"in heyətində bütün yarışlarda 24 matçda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla 2027-ci ilədək müqaviləsi var.


Paylaş: