
"Roma"nı "Yuventus"a dəyişə bilər
"Yuventus" "Roma"nın hücumçusu Artyom Dovbikin transferini həyata keçirməyə hazırdır.
Sportlife.az xəbər verir ki, Turin klubu yayda bu keçidi həll etmək istəyir. Ukrayna millisinin üzvü üçün 50 milyon avro ödənilə bilər.
Cari mövsümdə Artyom "canavarlar"ın heyətində bütün yarışlarda 41 matçda 16 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.