
Ronaldo ehtiyatda qaldığı oyundan şəkil paylaşıb, bu sözləri dedi
Portuqaliya millisindən ayrılacağı ilə bağlı iddialar yayılan Kriştiano Ronaldo sükutu pozub.
Ehtiyat heyətdə başladığı İsveçrə ilə oyundan şəkil paylaşan 37 yaşlı hücumçu yığma komandanın bir parçası olduğunu bu sözlərlə ifadə edib:
"Xarici qüvvələr tərəfindən parçalanmayacaq qədər bir-birinə bağlı bir qrup. Hər hansı bir düşmənin özünü qorxutmasına icazə verməyəcək qədər cəsur bir millət. Xəyalı üçün sona qədər savaşacaq, sözün əsl mənasında bir komanda! Bizimlə birlikdə inanın! İrəli, Portuqaliya".
Qeyd edək ki, daha öncə Portuqaliya Futbol Federasiyası rəsmi bəyanat yayaraq Kriştiano Ronaldonun mundial ərzində komandadan ayrılmayacağını bildirib.
View this post on Instagram