Sabiq "Liverpul"lu Macarıstan klubuna keçir

  • 9 Dekabr 2024, 22:30

"Liverpul"un sabiq futbolçusu Nabi Keyta karyerasını Macarıstanda davam etdirəcək.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, qvineyalı yarımmüdafiəçi "Ferenstvaroş"a transfer olub. O, bir illik icarə əsasında Macarıstan klubuna keçib. Sözləşmədə həmçinin oyunçunun birdəfəlik satınalma bəndi də var.

Keyta 2023-cü ilin yayından "Verder"də çıxış edirdi. O, Bremen klubunun heyətində cəmi 5 oyuna çıxıb.


Paylaş: