Teo Maldiniyə çatdı

  • Bu gün, 15:14

Teo Hernandes "Milan"ın əfsanəvi kapitanı Paolo Maldiniyə çatıb.

Sportlife.az xəbər verir ki, fransalı müdafiəçi ötən "Milan"ın "Leççe"ni 3:0 hesabıyla məğlub etdiyi komandasının ikinci qolunu vurub. O, bununla A Seriyasında 29-cu dəfə fərqlənib.

Teo bu qolla Maldininin rekorduna şərik olub. Fransalı cinah müdafiəçisi daha bir qol vurarsa, 25 il "qırmızı-qaralar"da çıxış etmiş sabiq kapitanı keçəcək və "Milan"ın tarixində A Seriyasında ən çox qol vurmuş müdafiəçi olacaq.


Paylaş: