Premyer Liqa: “Neftçi” “Sumqayıt”ı qəbul edir

  • Bu gün, 09:17

Bu gün Misli Premyer Liqasında VIII turun daha iki görüşü keçiriləcək.

Sportlife.az xəbər verir ki, əvvəlcə “Zirə” “Kəpəz”i qəbul edəcək. "Kəpəz" bu mövsümkü ilk xal(lar)ını qazanmağa çalışacaq. Son iki oyunda qalib gələn "Zirə" isə seriyanı artırmağa çalışacaq.

Digər oyunda isə “Neftçi” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. “Neftçi” də bu gün qələbə həsrətinə son qoymağa çalışacaq.

Dünən “Araz-Naxçıvan” “Səbail”ə 3:2 hesabıyla qalib gəlib. “Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “Sabah” oyunları sabah keçiriləcək.

Misli Premyer Liqası
8-ci tur

28 sentyabr

“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Şirmamed Mamedov, Əli Əliyev.

Zirə İdman Kompleksinin stadionu, 17:00.

“Neftçi” – “Sumqayıt”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Rəvan Həmzəzadə.

“Neftçi Arena”, 19:30.


Paylaş: