Niderlandlı futbolçu "İnter"də qalacaq

  • Dünən, 16:35

"İnter" cinah müdafiəçisi Denzel Dumfrislə müqavilə müddətini uzatmaq barədə razılığa gəlib.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, niderland futbolçunun yeni sözləşməsi 2028-ci ilin yayına qədər olacaq.

Dumfris 2021-ci ildən "İnter"də çıxış edir. O, PSV-dən İtaliya klubuna keçib.


Paylaş: