Süper Liqada VIII turun açılış matçı keçirilib

  • Dünən, 23:18

Türkiyə Super Liqasında VII tura start verilib.

Sportlife.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Sivasspor” doğma meydanda “Başakşəhər”lə qarşılaşıb. Görüş İstanbul klubunun qələbəsiylə başa çatıb - 1:2.

“Başakşəhər” xalını 13-ə yüksəldi və 4-cü yerdədir. "Sivasspor" isə 8 xalla 9-cu yeri tutur.

Türkiyə Super Liqası
7-ci tur

27 sentyabr

Sivasspor – Başakşəhər 1:2
Qollar: Meniq, 82 – Fiqeyredo, 43; 49.


Paylaş: