"Real"lı olduğu üçün konserti ləğv olundu

  • Dünən, 17:36

"Atletiko" bu həftəsonu Madrid derbisində "Real"la qarşılaşacaq.

Sportlife.az "Relevo"ya istinadən xəbər verir ki, matçın fasiləsində meksikalı aktrisa və müğənni Danna Paola ifa etməli idi. Lakin klub rəhbəriyinin qərarı ilə sənətçinin çıxışı baş tutmayacaq.

Buna Danna Paolanın "Real" azarkeşi olduğunu açıqlaması və "kral klubu"nun 2:1 hesabı ilə qalib gələcəyini proqnozlaşdırması səbəb olub.

Xatırladaq ki, 7 turdan sonra "Real" 17 xalla 2-ci, "Atletiko" isə 15 xalla 3-cü yeri tutur.


Paylaş: