De Bruyne sabah olmayacaq

  • Dünən, 19:13

"Mançester Siti" İngiltərə Premyer Liqasının 6-cı turunda səfərdə "Nyukasl"ın qonağı olacaq.

Sportlife.az xəbər verir ki, "şəhərlilər"in kapitanı Kevin De Bruyne vacib oyunda komandaya kömək edə bilməyəcək. Belçikalı yarımmüdafiəçi zədəyə görə bu matçda iştirak edə bilmir.

Qeyd edək ki, "Nyukasl" - "Mançester Siti" qarşılaşması sabah Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.


Paylaş: