Premyer Liqa: “Araz-Naxçıvan” liderliyə yüksəldi

  • Dünən, 21:01

Bu gün Misli Premyer Liqasında 8-ci tura start verilib.

Sportlife.az xəbər verir ki, ilk gündə bir oyun baş tutub.

“Araz-Naxçıvan” “Səbail”lə üz-üzə gəlib. Bol qollu matç Naxçıvan təmsilçisinin qələbəsiylə yekunlaşıb.

Bu nəticəylə birlikdə "Araz-Naxçıvan" matç çoxluğuyla liderliyə yüksəlib. Onların aktivində 16 xal var. "Səbail" isə 4 xalda qalıb.

Bu turun “Zirə” – “Kəpəz” və “Neftçi” – “Sumqayıt” oyunları sabah, “Şamaxı” – “Turan Tovuz” və “Qarabağ” – “Sabah” görüşləri isə sentyabrın 29-da baş tutacaq.

Misli Premyer Liqası
8-ci tur

27 sentyabr

“Araz-Naxçıvan” – “Səbail” 3:2
Qollar: Bəxtiyar Həsənalızadə, 52. Felipe Santos, 57-pen. Bernardo Dias, 84 – Qorka Larruçea, 45+2; 89.
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Teymur Teymurov, Fərid Hacıyev.
“Kapital Bank Arena”, 19:00.


Paylaş: