Alisson məşqlərə qayıdıb

  • Dünən, 16:23

"Liverpul" klubunun qapıçısı Alisson Beker məşqlərə qayıdıb.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Mersisayd təmsilçisinin baş məşqçisi Arne Slot bildirib.

Niderlandlı mütəxəssis qolkiperin komandanın sıralarına qayıtmağa hazır olduğunu söyləyib. 

2018-ci ildən "Liverpul"da çıxış edən Alisson bu mövsüm 5 oyunda meydanda olub və bu görüşlərin üçündə qapısını qola bağlamağı bacarıb.


Paylaş: