Tuxeldən Naqelsmann açıqlaması

  • 20 Aprel 2024, 08:37

"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Yulian Naqelsmanın Almaniya millisi ilə yeni müqaviləsini şərh edib.

Sportlife.az xəbər verir ki, müqavilənin müddəti 2026-cı ilə qədərdir.

“Fellerin müqaviləsinin uzadılmasından sonra bunu gözləyirdim. Düşünürəm ki, onlar birlikdə işləməkdən zövq alırlar. Bu, komandaya ev Avropa çempionatı ərəfəsində aydınlıq və müsbət impuls verir”, - deyə mütəxəssisi Almaniya mətbuatına danışıb.

Naqelsmann Almaniya millisini ötən ilin sentyabrından çalışdırır.


Paylaş: