Ulduz futbolçunun ÇL arzusu

  • 14 Fevral 2025, 11:17

"Sportinq"in hücumçusu Viktor Dyökereş "Mançester Yunayted"ə keçməkdə maraqlı deyil.

Sportlife.az xəbər verir ki, buna səbəb "qırmızı şeytanlar"ın Çempionlar Liqasında çıxış etməməsidir.

26 yaşlı futbolçu karyerasını ÇL-də mübarizə aparan komandada davam etdirmək istəyir.

Dyökereşin müqaviləsində 100 milyon avroluq sərbəst qalma maddəsi var. Lakin "Sportinq"in onu 70 milyon avroya da sata biləcəyi istisna olunmur.


Paylaş: