"Ümid edirəm o uzun illər "Barselona"da qalacaq”

  • 25 İyul 2024, 18:17

"Barselona"nın baş məşqçisi Hansi Flik hazırda zədəli olan Qavi barədə danışıb.

Sportlife.az xəbər verir ki, almaniyalı mütəxəssis ötən ilin noyabrından bəri meydanlardan uzaq qalan 19 yaşlı yarımmüdafiəçi barədə bunları deyib:

"Qavi meydana qayıtmaq üçün can atır, ancaq biz ona bir az vaxt verməliyik və o, öz qeydinə qalmalıdı".

"O, əsl professionaldır. Hamı geri dönmək üçün ona kömək edir. Ümid edirəm 10-15 il daha "Barselona"da çıxış edəcək".


Paylaş: