Xavi niyə fikrini dəyişdirdiyini izah etdi

  • 25 Aprel 2024, 17:44

İspaniyalı mütəxəssis Xavi "Barselona"nın baş məşqçisi postunda qalmaq qərarını şərh edib.

Sportlife.az xəbər verir ki, Xavi mətbuat konfransında “Prezidentdən və oyunçulardan tam etimad hiss etdiyim üçün fikrimi dəyişdim. Layihə hələ tamamlanmayıb. Güclənmişik. Hər kəs mənim bu kluba münasibətimi bilir” deyib.

Bu gün "Barselona"nın prezidenti Joan Laporta Xavinin klubda işləməyə davam edəcəyini açıqlayıb. İlin əvvəlində isə 44 yaşlı çalışdırıcı mövsümün sonunda komandadan ayrılacağını açıqlamışdı.


Paylaş: