
"Yuventus" qərarını verdi
İtaliyanın "Yuventus" müqavilə ilıə Portuqaliyanın "Portu" klubuna məxsus olan Fransişko Konseysaunu birdəfəlik transfer etməyi planlaşdırmır.
Sportlife.az xəbər verir ki, Turin klubu icarəyə götürdüyü oyunçunun satın alma variantını aktivləşdirmək fikrində deyil. Portuqaliyalı vinger cari mövsümün sonunda "Portu"ya qayıda bilər”.
22 yaşlı futbolçu cari mövsüm 24 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Futbolçunun Çempionlar Liqasında da 9 oyunu, 1 qolu və 1 məhsuldar ötürməsi var.