"Zenit" bu komanda ilə yoldaşlıq turnirində üz-üzə gələcək

  • 25 Mart 2024, 23:15

"Zenit" və "Srvena Zvezda" Sankt-Peterburqda keçiriləcək yay turnirində iştirak edəcək.

Sportlife.az xəbər verir ki, turnir barədə məlumatı Sankt-Peterburq klubunun idarə heyətinin sədri Aleksandr Medvedev açıqlayıb.

"Srvena Zvezda " mövsümöncəsi turnirdə iştirak etmək üçün iyulda Sankt-Peterburqa gələcək. Qalan iştirakçıları tezliklə elan edəcəyik”, - deyə Medvedev bildirib.

Martın 23-də “Zenit” və “Srvena Zvezda” yoldaşlıq oyunu keçirib. Oyun Serbiya komandasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


Paylaş: