
"Avrokuboklardan kənarda qalmaq hamımız üçün böyük şok oldu"
"Mövsümü uğursuz başa vurmağımız heç birimiz üçün xoş deyil. Ancaq biz vaxtı geri qaytara bilmərik. Növbəti mövsümü daha yaxşı keçirmək üçün əlimizdən gələn hər şeyi etməliyik".
Bu sözləri Sportlife.az saytına "Neftçi"nin qapıçısı İvan Brkiç deyib.
O, mövsüm ərzində zədə səbəbindən az forma şansı qazanmasından və komandanın avrokuboklardan kənar qalması barədə də danışıb:
"Mövsümü istəyidim kimi keçirə bilmədiyim üçün çox məyusam. Çünki zədə problemim var idi və komandama kömək edə bilmədim.
Son anda avrokuboklardan kənarda qalmaq hamımız üçün böyük şok oldu. Biz çempionatın sonuna qədər bunun üçün mübarizə apardıq. Ancaq təəssüf ki, alınmadı".